Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2019
12:41
829
Hacı Şahin: `Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!`

İlahiyyatçı Hacı Şahin Həsənli dinin praktiki tətbiqi və bu istiqamətdə edilən səhv yanaşmalarla bağlı məqalə yazıb.

FaktXəbər həmin məqaləni olduğu kimi təqdim edir:

“Realizm, praqmatizm kimi anlayışların dinlə uzlaşmadığını düşünənlər kökündən yanılırlar. Bu yanlış düşüncənin formalaşmasında inanclıların da rolu az deyil. Din, mücərrəd dəyərlər məcmüəsi müstəvisindən praktiki müstəviyə keçməlidir. Bununla biz dəyərləri inkar etmirik, əksinə onların mənimsənilməsinə yardım göstəririk. Düşünürəm ki, günümüzdə ən önəmli mövzulardan biridir. Dinin əsas davası reallıq hissinin itirilməsinin qarşısını almaqdan ibarətdir.

Peyğəmbərimizin (s) məşhur duasında deyildiyi kimi: “Allahım, hər şeyi mənə olduğu kimi göstər”.

Amma din adamı reallıq hissini itirmiş, konspiroloji nəzəriyyələrə maraq göstərən, heç kimə lazım olmayan “dəyərlərə” yorucu şəkildə insanları dəvət edən, həmişə hər şeydən narazı olan, deyingən bir varlıq stereotipinə çevrilib. Olduqca təhlükəli bir tendensiyadır.

Tarixin gedişatı göstərir ki, din böyükləri ən böyük praqmatiklər olublar. Günümüzdə də din öz praktiki önəmini göstərməlidir. İnsanlar nəsihətdən, dindarların əxlaq polisi funksiyasını yerinə yetirməsindən yorulub. Bir daha vurğulayıram əxlaqın da, mənəviyyatın da cəzbedici olmasının yeganə yolu, bunların praktiki əhəmiyyətinin çatdırılmasındadır.

Hər şeyi inkar etməklə kifayətlənməyib, örnək təqdim etmək zamanıdır. Dinin cazibəsi təkcə nəzəriyyəsinin gücündə deyil, uğurlu, pozitiv, hadisələri düzgün qiymətləndirməyi bacaran insanların sayının inanclılar arasında artmasındadır. Din uğursuz, biçarə insanların sığındığı bir çətir deyil, insanlara güc, qüdrət, hərtərəfli uğur gətirən bir enerji mənbəyidir.

Heç kimə imkan verilməməlidir ki, din vasitəsilə öz bacarıqsızlıq və mədəniyyətsizliyini kompensasiya etsin. İnsanın imanının meyarı onun nizam-intizamı, dürüstlüyü, intellekti, mədəniyyəti və real uğur göstəriciləridir.

Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!” 

Məqalədə : Hacı Şahin Dindarlıq imtiyaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
33

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
61

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
49

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
223

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
172
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 12:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru