Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2021
11:04
Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır - VİDEO

Bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satılır. 

Bunu ARB24-ün “Gündəm” verilişindəki açıqlamasında DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib. O bildirib ki, Daxili İşlər Nazirliyinə bununla bağlı faktlar daxil olub: 

““Metanfetamin” adlı ağır psixotrop maddənin həmin ünvanlarda satışı müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər. Qeyd edim ki, “metanfetamin” sintetikdir və kimyəvi tərkiblidir. Bir-iki qəbuldan sonra həmin şəxs onun aludəçisinə çevrilir. Həmin maddənin istifadəsi, əsasən, azyaşlılar yox, qadınlar tərəfindən həyata keçirilir”. 

E. Hacıyev valideynləri də diqqətli olmağa səsləyib: “Valideynlər övladlarının xarakterində, hərəkətlərində dəyişiklik müşahidə etdikdə onu müvafiq qaydada yoxlatdırsınlar. İmkan olmasa, çətinlik çəksələr, dövlət qurumlarına müraciət etsinlər. Dövlət qurumları tərəfindən müvafiq qaydada zəruri köməkliklər göstəriləcək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 13:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru