Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2019
08:49
“İTV”nin binasında baş verən yanğında zəhərlənən şəxslərin adları məlum olub

Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində yerləşən “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən verilən məlumata görə, yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənib.

Onlara kəskin inhalasyon zəhərlənmə diqanozu qoyulub.

****

Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində yerləşən “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın baş verib. 

Yanğın binanın 3-cü mərtəbəsindən qeydə alınıb.  

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğınla bağlı saat 00:19-da Təcili Tibbi Yardıma çağırış olub. Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası cəlb edilib. 

İki nəfər həkimlərə müraciət edib. Onlardan birinə hadisə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Məqalədə : İTV 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42487

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40865

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42377

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41880

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47382

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41839

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42241
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2020 18:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru