Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
17:54
1202
“Salaam Cinema Baku”nun binası tarixi abidələr siyahısına salınıb

“Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi bina yeni aşkar olunan tarixi abidələr siyahısına salınıb. Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, Dövlət Xidməti “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi binanın tarixi əhəmiyyətini və memarlıq üslubunu nəzərə alaraq belə bir qərar qəbul edib. 

F.Hüseynov bildirib ki, binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması üçün lazım olan bütün sənədlər toplanaraq Nazirlər Kabinetinə təqdim olunub: “Son qərarı Nazirlər Kabineti verəcək. Hazırda həmin bina yeni aşkar olunmuş tarixi abidələr siyahısına salınaraq dövlət tərəfindən qorunur”.

Qeyd edək ki, “Malakanların evi” kimi tanınan bina özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər. 

"Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb.  

Məqalədə : tarixi abidə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
67

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1751

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
529

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1625

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1755

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
1996

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1296

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
801

Yalan danışanı aşkarlamağın 8 yolu

24

İyun
12:34
MARAQLIDIR
2971
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2019 22:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru