Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2019
14:43
812
Gürcüstan Patriarxlığı cinsi azlıqların paradının qarşısını almağı tələb edib

"Gürcüstan hökumətindən iyunun 18-23-də Tbilisidə keçirilməsi planlaşdırılan cinsi azlıqların paradının qarşısını almağı tələb edirik".

Bu barədə Gürcüstan Patriarxlığının bu gün yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, Gürcüstanda cinsi azlıq nümayəndələrinin paradı qətiyyən yolverilməzdir: “Təəssüflər olsun ki, bəzi LGBT qrupları və onları dəstəkləyənlər xarici ölkələrə onların Gürcüstanda guya sıxışdırılması və təqib olunmaları ilə bağlı məlumatlar təqdim edirlər. Onlar fəaliyyətlərini ayrı-seçkiliyə qarşı mübarizə kimi göstərməyə və həyat tərzlərini təbliğ etməyə çalışırlar”.

Patriarxlıq cinsi azlıqların paradının ölkə ictimaiyyətinin narahatlığı və narahatçılığına səbəb olacağını bildirib: “Hökuməti bu tədbirin qarşısını almağa çağırırıq. Biz həmçinin Gürcüstanda akkreditə olunmuş bütün səfirliklər, beynəlxalq təşkilatlar, ombudsman və digər qurumlarını da məsələyə həssas yanaşmağa və bu cür tədbirləri təşviq etməməyə çağırırıq. Belə etməklə onlar Gürcüstan xalqına hörmətlərini ifadə etmiş olacaqlar”.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi paradın keçirilməsini tövsiyə etməsə də, cinsi azlıqlar aksiyanı təşkil etmək niyyətindədirlər. 

Məqalədə : cinsi azlıqlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2464

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2297

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1749

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1490

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
449

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
232

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1184
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 21:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru