Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2019
10:18
472
Gürcüstanın yeni baş naziri məlum olub

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.

Faktxeber.com məlumat verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib.

G.Qaxaria 2016-2017-ci illərdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində işləyib. O, bundan öncə iqtisadi şuraya rəhbərlik edib və biznes ombudsmanı olub. 

G.Qaxaria 2017-ci ilin noyabrın 13-dən Gürcüstanın daxili işlər naziri vəzifəsini tutub. O, həmçinin Milli Təhlükəsizlik Şurasının katibidir. 

Həmçinin Gürcüstanın daxili işlər, həmçinin müdafiə naziri vəzifələrinə yeni təyinat olub.

Vaxtanq Qomelauri daxili işlər naziri, İrakli Qaribaşvili isə müdafiə naziri vəzifəsinə təyin olunub.

V.Qomelauri əvvəllər Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, İ.Qaribaşvili isə hakim Gürcü Arzusu Partiyasının siyasi katibi vəzifəsində işləyib. 

Məqalədə : Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
177

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
198

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
359

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
201

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
255
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 00:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru