- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Avtobusda gedirdim. Oturacaqda əyləşən ana-balanın söhbəti diqqətimi çəkdi. Uşaq anasından nə isə almasını istəyirdi. Ana isə, “inşallah” deyərək üzünü çevirdi. Nə oldusa, bu anda oldu. Uşaq birdən qayıtdı ki, ""inşallah" demə, də mama. İnşallah deyəndə almırsan…"
Bu söz mənə şillə kimi dəydi. Belə baxanda, biz özümüz yerinə yetirməyəcəyimiz nə qədər işə "inşallah" demişik. Və əslində bununla da övladlarımızın Allahın izninə olan inamını öldürmüşük.
İlk əvvəl bu sözün mənası və mənşəyi barədə qısaca xatırlatma etmək istərdim.
İnşallah – “İn” (əgər) “şəa” (istəsə) və “Allah” sözlərindən əmələ gəlib, “Əgər Allah istəsə”, “Allah icazə versə” deməkdir. Onun tarixçəsinə gəlincə isə hədislərə görə, bir qrup yəhudi, Həzrət Məhəmməd Peyğəmbəri (s) imtahan məqsədi ilə ona müxtəlif suallar ünvanlayıblar. Peyğəmbər, “sabah gəlin”, - deyir. Bundan sonra 40 gün Həzrət Cəbrayıl (ə) nazil olmur və vəhy gəlmir.
Qurani-Kərimdə bu barədə buyurulur: “(Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər səbəbini soruşdu. Mələk dedi: “Biz peyğəmbərə tədrici vəhy gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və vəhyin gecikməsi məsləhətdir). Sənin Rəbbin əsla unutqan deyil.” (Məryəm 64)
Daha sonra Kəhf 23-24 nazil oldu.
“Ancaq: “İnşallah (əgər Allah istəsə; Allah qoysa) edəcəyəm!” – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə versin!)” – de.” (Kəhf surəsi, 24)
Bundan sonra Cəbrayıl (ə) Allah tərəfindən həmin cavabları verdi, “Kəhf” surəsini və ruh haqqında olan ayəni Peyğəmbərə nazil etdi.
Vəhyin gecikməsi ilə əslində bir sıra məsələlər həllini tapdı. Hələ də bəziləri Quranın Allah sözü olmasına şəkk edirdi. Bu hadisədən sonra bəhanələri az da olsa kəsildi. Vəhy gecikdi deyə, Allah Rəsuluna bəzi töhmətlər vuruldu, haqqında xoşagəlməz sözlər söyləndi. Amma, o səbirlə ilahi vəhyi gözlədi. Hamı bir daha gördü ki, Allah Rəsulunun (s) onlara dediyi hər söz ilahi vəhydir, onların düşündüyü kimi öz sözləri deyildir. Hətta Cəbrayıl (ə) da Allahın izni olmadan nazil ola bilmir. Vəhyin gecikməsi Qiyamətəcən bütün insanlığa bunu öyrətdi ki, Quran nə Həzrət Cəbrayılın sözüdür və nə də peyğəmbərin (s). Bu Allah tərəfindən nazil olan ilahi kəlamlardır. Allah Rəsulunun "inşallah" deməməsi, əslində bütün bu hadisələrin baş verməsi üçün gözəl zəmin yaratdı.
Bu barədə çox danışmaq olar, lakin mövzu fərqlidir. “İnşallah” əhd bağlamaqdır, yəni mən Allahın izni ilə həmin işi həyata keçirmək üçün səy edəcəm, çalışacağam və əgər Allah istəsə, söz verdiyim şeyi həyata keçirəcəm.
Bu gün isə Allahın Peyğəmbərimizə vəhy etdiyi bu kəlamın ilkin mənasını artıq dəyişdirmişik, olması üçün çalışmadığımız, həyata keçirmək fikrində olmadığımız işlər üçün istifadə edirik. Beləliklə də, dildə deməyimizə baxmayaraq, əməlimizlə bu əhdi sındıraraq balalarımızın, hətta ətrafımızdakıların bu kəlama inamını itiririk.
Qeyd edim ki, məsələ təkcə "İnşallah" sözü ilə bağlı deyil. Gün ərzində neçə dəfə “maşallah”, “Allah razı olsun”, “xeyirlisi” deyirik? Bundan başqa, biri xəstələnəndə “Allah şəfa versin”, səfərə çıxana "Allah yolunu açıq etsin”, “Allah uğur versin”, qərarsız məsələlərdə “Allah bilir” və sair kimi ifadələr işlədirik. Sözsüz ki, bu kəlmələr yaxşı niyyətlə deyilir. Ancaq çox vaxt bu ifadələri mənasına varmadan, sadəcə etika xətrinə istifadə edirik. Əlbəttə, bu kəlmələrin mənasının fərqinə varmasaq da, ruhumuzda, mənəviyyatımızda öz müsbət təsirini qoyur. Lakin əsl müsəlman nə etdiyinin fərqində olan, əməllərinə, hərəkətlərinə diqqət edən və bunun hesabatını Allaha və özünə verən şəxsdir. O anlamalıdır ki, daim dilində istifadə etdiyi bu ifadələri fərqində olmadan desə, bəzən küfrlə nəticələnə bilər. Məsələn, biri bizdən bir şey xahiş edəndə başımızdan etmək üçün “İnşallah” desək, qarşı tərəf “bu iş “İnşallah”, “Maşallah”la düzəlməz, sən söz ver” kimi ifadələr işlədə bilər. Belə çıxır ki, bu məsələnin həlli Allahdan deyil, bizim istəyimizdən asılıdır…
Beləliklə, düşünmədən etdiyimiz hərəkətlə həm qarşı tərəfi, həm də özümüzü günaha salırıq. Bəzən isə özümüz elə aludə oluruq ki, çətinlikdə olan biri haqqında danışanda, “onu Allah da unudub” kimi ifadələr də işlədirik. Bu isə bizim mənəviyyatımız, imanımız üçün təsirsiz ötüşməz.
“İnşallah" demək hər bir müsəlmanın şüarı olmalı və heç bir halda, “bu işi mütləq görəcəyəm” deməməlidir. Lakin bu kəlmənin hörmətini qorumaq da vəzifəmizdir. İslam dinində əhdin məsuliyyəti böyükdür və Məhəmməd Peyğəmbərin (s) bu sözlərini buna sübut hesab etmək olar: “Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa etməyənin isə dini yoxdur.”
Məqaləmin sonunu Qurani-Kərimdən bir ayə ilə bitirmək istəyirəm: “…Əgər Allah istəsə, əlbəttə, düz yolda olarıq.” (Bəqərə, 70).
Emilya Vaqif
- 22-02-2019 15:03 Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu
- 09-02-2019 09:36 Xanım Zəhra (s.ə) zirvəsinin bəşəriyyətə təsirləri
- 07-02-2019 14:32 Allahşükür Paşazadə dini icmalara tapşırıq verib
- 04-02-2019 11:18 Əgər Allah istəsə...
- 25-01-2019 15:22 Murtuza Muxtarovun Vladiqafqazda inşa etdirdiyi məscid yenidən bərpa edilib
- 20-01-2019 15:08 Xanım Zəhra (s.ə) ictimai şəxsiyyət kimi cəmiyyətimizə nümunə ola bilər
- 14-01-2019 11:45 Hacı olmaq istəyən azərbaycanlıların diqqətinə: QİYMƏT QALXACAQ
- 09-01-2019 16:18 İlahi qaydalara uyğunsuzluq fəsadın əsasıdır - VİDEO MÜSAHİBƏ
- 08-01-2019 16:58 Hacı Şəhla məscidi bərpa olunub
- 08-01-2019 11:40 Hər bir sualın cavabını Quranda axtarmaq yanlışdır - ilahiyyatçı
- 27-12-2018 21:56 Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb
- 24-12-2018 10:51 İslamda evlənməyin əhəmiyyəti
- 18-12-2018 10:39 Bu gün Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 16-12-2018 12:53 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür
- 13-12-2018 16:20 Mikrobu ilk tapan alim həm də İstanbul fəthinin banisi imiş
- 13-12-2018 09:54 Müsəlmana elm öyrənmək niyə vacibdir?
- 10-12-2018 14:50 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 40-CI YOL
- 07-12-2018 17:05 Dünyanın ən qədim və hündür minarəli məscidi - FOTO
- 05-12-2018 11:55 Azərbaycanda dini münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun hazırlanıb
- 03-12-2018 10:05 Almaniya DİN-i İslam Konfransının iştirakçılarını donuz ətinə qonaq edib
- 30-11-2018 11:11 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 39-CU YOL
- 29-11-2018 16:42 Gəncə İmamzadəsindəki icma qeydiyyata alınıb
- 26-11-2018 13:17 AİP Qadınlar Şurası "Vəhdət Həftəsi" münasibətilə Gəncədə tədbir keçirdi - FOTO
- 25-11-2018 21:00 Peyğəmbərin mövludu Bakıda möhtəşəm şəkildə qeyd edildi - FOTO-VİDEO
- 21-11-2018 14:10 AİP Peyğəmbərin mövludu və “Vəhdət həftəsi” münasibəti ilə Azərbaycan xalqını təbrik etdi