Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2021
11:59
“Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşı da qəza törətdi - Yaralılar var

Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

Hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Qeyd edək ki, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.

Xatırladaq ki, ötən ay Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyev də sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover"la Novxanı-Sumqayıt yolunda qəza törətmiş və 4 nəfərin ölümünə səbəb olmuşdu. E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.(APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
225

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
214
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 02:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru