Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2020
16:42
“Qaçqınkom” rəsmisi: “Köçkün ailələri mənzil almaq üçün bu yola əl atır”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən yeni mənzilə sahib olmaq üçün məcburi köçkünlər arasında həddindən artıq “süni” boşanmalar var.

Bunu Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib.

O bildirib ki, məhkəmənin qərarı olduğu üçün bu halda nə isə etmək mümkün deyil:

“Məhkəmənin qərarının saxta olduğunu deyə bilmərik? Amma bilirik ki, bu, “süni” boşanmadır. Bunu bütün köçkün ailələrinə aid etmirəm. Amma bəziləri çalışırlar ki, bu yolla mənzil alsınlar. Hansısa köçkünün şəxsi evi var, amma öz adına deyil.

Evin həmin şəxsə aid olduğunu sübut etmək olmur. Dövlət Komitəsi üçün ən böyük problemi bu hallar yaradır. Təsəvvür edin ki, ata oğul ilə, oğul atası ilə, ana qızı ilə yola getmir və ayrı ev tələb edirlər”.

Məqalədə : Eldar Zeynalov qaçqın 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4882

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3313

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2640

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2188
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 21:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru