Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2021
14:58
Goranboyda məmur iş otağında qətlə yetirildi

Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında qətl baş verib. 

Goranboy rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 8-i saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
110

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
205

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
210

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
205

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
348

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 13:08





  faktxebe[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru