Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
11:28
1062
“İnsanları qorxutdular ki, bu il məktəbli formaları dəyişəcək`

“Məktəbli formasının qiymətlərində heç bir dəyişiklik yoxdur və qiymət artımı da nəzərdə tutulmayıb”.

FaktXəbər bildirir ki, bunu “Report”a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

Şöbə rəisi bildirib ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir: “Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır”.

E.Əzimovun sözlərinə görə, məktəbli formasının satışı il boyu davam edir: “BTE-nin 9 mağazası var və hələlik satışla bağlı sıxlıq müşahidə olunmur. İnsanları qorxutdular ki, bu il məktəbli formaları dəyişəcək. Bəziləri başa düşdü ki, bu, gələn ildən həyata keçiriləcək, digərləri hələ də başa düşmür. Ona görə də satışda nisbətən zəiflik müşahidə olunur”.

Valideynlərə müraciət edən BTE rəsmisi vurğulayıb ki, dərslərin başlamasına az vaxt qaldığından valideynlər uzun növbəyə dayanmadan istənilən satış mərkəzlərinə yaxınlaşıb məktəbli formasını əldə edə bilərlər: “Yaxud 012 397-45- 39 nömrəli "Qaynar xətt" nömrəmizə zəng edərək özlərinə yaxın məntəqədən forma ala bilərlər. Tövsiyəm odur ki, valideynlər saxta məktəbli formaları almasınlar. Çünki hələ də satışda başqa ölkələrdən Bakıya gətirilən və sertifikatı olmayan saxta məktəbli formalarına rast gəlinir. Həmin məktəbli formaları zirzəmi şəraitində tikilməklə yanaşı, üzərinə BTE-yə məxsus nişanlar vurulur. Düzdür, valideynlərin çoxu artıq başa düşür ki, saxta geyimlər övladları üçün təhlükəlidir. Həm də insanlar artıq sertifikat tələb edirlər. Bu səbəbdən də valideynlər bizə üz tuturlar”.

O, həmçinin növbəti tədris ilindən vahid məktəbli formalarının Bakı Tikiş Evində tikilib-tikilməyəcəyindən məlumatsız olduğunu qeyd edib: “Bu, Təhsil Nazirliyindən asılı olan qərardır. Əgər qərar qəbul olunsa ki, burada tikilsin, o zaman işlər görüləcək”. 

Məqalədə : məktəbli forması 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
179

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
201

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
363

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
203

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
257
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 00:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru