Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2020
10:43
Gəncənin Baş planının hazırlanmasına başlanılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əhalisinə görə paytaxtdan sonra ikinci böyük şəhər olan Gəncənin Baş planının hazırlanması prosesinə start verilib.

Layihə beynəlxalq tender vasitəsilə cəlb olunmuş Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən həyata keçiriləcək.

Komandanın hazırlığı və şəhərə dair bəzi məlumatların ilkin analizi başa çatdıqdan sonra layihə icraçılarının rəhbərləri və ekspertlərinin iştirakı ilə bu həftə Komitədə ilk geniş tərkibli müzakirələr təşkil olunub.

Görüşdə şəhərin yol-nəqliyyat infrastrukturunun, mühəndis-kommunikasiya sisteminin, ətraf mühitinin, ekoloji durumunun və ictimai məkanlarının inkişafına dair konsorsium üzvlərinin ilkin yanaşmaları təqdim olunub. Eyni zamanda, layihənin icra qrafiki, habelə Gəncənin bugünkü çağırışları, gələcək siması və inkişaf hədəfləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

İmzalanmış müqaviləyə əsasən Baş planın hazırlanması layihəsinin 30 ay müddətində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Aparıcı beynəlxalq təcrübəyə uyğun olaraq ilkin mərhələdə Gəncə şəhərinin inkişaf konsepsiyasının hazırlanması planlaşdırılıb.

Bununla yanaşı, Komitə tərəfindən Baş planın hazırlanmasına cəlb edilən yerli və beynəlxalq ekspertlərin Gəncəyə səfəri də təşkil olunub.

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı, Gəncə və ölkənin bir çox digər şəhərlərinin sistemli və davamlı inkişafında strateji əhəmiyyətə malik əsas şəhərsalma sənədi olan baş planların hazırlanması üzrə kompleks fəaliyyətini davam etdirir. Bu istiqamətdə işlərin müəyyən olunmuş müddətlər çərçivəsində və yüksək peşəkarlıqla görülməsi məqsədilə Komitə bütün resurslarını səfərbər edib prosesin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və aparıcı beynəlxalq standartlara uyğun təşkili üçün bütün səylərini əsirgəməyəcək", - deyə məlumatda qeyd olunub.

Məqalədə : Gəncə baş plan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4864

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3308

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2639

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2188
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 17:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru