Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2020
12:39
Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb

Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. F.Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48398

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46432

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48076

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47656

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53239

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47300

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47690
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 23:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru