Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2019
18:37
165
“Nar”ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir

23-29 sentyabr BMT-nin qərarı ilə Beynəlxalq Eşitmə Məhdudiyyətli İnsanlar Həftəsində “Nar” eşitmə və nitq məhdudiyyətli insanlar üçün keçirdiyi “Təlim məktəbi” layihəsinin yekunları ilə bağlı təqdimat edib. Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, mobil operator eşitmə məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi və işlə təmin olunması məqsədilə keçirdiyi təlimlərin iştirakçılarına sertifikatlar təqdim edib. Qeyd edək ki, “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşan “Təlim məktəbi” layihəsi 4 ay davam edib. Təlimdə ümumilikdə 45 nəfər iştirak edib və onlar təcrübəli mütəxəssislər tərəfindən aşpaz, şirniyyat ustası və motorçu ixtisaslarına yiyələniblər. Layihə eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da kömək edib. Belə ki, artıq iştirakçəların bir neçəsi işlə təmin olunub. 

“Nar” 4 ilə yaxındır ki, eşitmə və nitq məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi məqsədilə təlimlər təşkil edir. Bu cür təlimlər keçirməkdə məqsədimiz onlara həyatlarını maddi və mənəvi cəhətdən təmin etməsinə dəstək olmaqdır. “Nar” olaraq müxtəlif sosial layihələr reallaşdırmaqla cəmiyyətimizə töhfə veririk. “Nar” olaraq insanların sosial həyatında yararlı şirkət olduğumuza görə qürur duyuruq”, - deyə “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.

“Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov isə bildirib ki, bu layihədə iştirak edənlər iş bacarıqlarını artırmaqla cəmiyyətimizə fayda verdiklərini hiss edəcəklər: “Karlara Dəstək” İctimai Birliyinin yaranmasında əsas məqsəd eşitmə və nitq məhdudiyyətli insanların sosial rifahını yaxşılaşdırmaqdır. “Nar”-ın dəstəyilə həyata keçirilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyətli vətəndaşların istədikləri peşəyə yiyələnmələri və həmin ixtisas üzrə işlə təmin olunmasına böyük təkandır.  Bu layihəni ərsəyə gətirən “Nar”-a təşəkkür edirəm”.

Fiziki məhdudiyyətli insanlara qayğını, təhsil və maariflənmənin inkişafını, eyni zamanda vətənə bağlılığı təşviq edən “Nar”, son illər ərzində həyata keçirdiyi sosial layihələrlə bağlı da təqdimat edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
34

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
260

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
118

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
59

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
116

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
50
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 19:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru