Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2021
10:11
“Nar”ın Baş icraçı direktoru: “Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir`

““Nar”ın əsas hədəfi Azərbaycanın müştəriyönümlü mobil operatoru olmaqdır. Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir”.Bunu “Azerfon” MMC-nin Baş icraçı direktoru Qunnar Panke Trend İnformasiya Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, mobil operatorun məqsədi müştərilərüçün həm sərfəli, həm də keyfiyyətli xidmət təqdim etməkdir. Bunun üçün mobil operator xidmət və satış mərkəzlərini yeniləməklə tamamilə yeni müştəri xidməti təcrübəsi və abunəçilərin real ehtiyaclarını qarşılayan məhsullar təqdim edir. 

Q.Panke qeyd edib ki, ardıcıl olaraq 2 il“Nar”ın müştəri məmnuniyyəti indeksi üzrə lider olması da təsdiqləyir ki, abunəçilər mobil operatorun təkliflərini qiymətləndirir və ona güvənirlər: “Müştəriyönümlülük konsepsiyası bizi bütün prioritetlərimizə doğru istiqamətləndirir, xüsusilə təkliflərimizi hazırlamaqda, müştərilərimiz ilə qarşılıqlı münasibət qurmaqda bizi müşayiət edir. Müştəri ehtiyaclarını ən yaxşı anlayan mobil operator kimi bazarda lider mövqeyimizi qorumağa çalışırıq”. 

“Nar”ın bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayını artırması nəticəsində 2021-ci ilin birinci rübü ərzində 4G istifadəçilərinin sayı 32% artıb. Q.Panke əlavə edib ki, işğaldan azad edilmiş əraziləri müasir və dayanıqlı şəbəkə ilə təmin etmək mobil operatorun prioritetlərindən biridir. Artıq Şuşa, Cəbrayıl, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənd keyfiyyətli və kəsintisiz mobil şəbəkə ilə əhatə olunub. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
422

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
413

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
807

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
431

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
458

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
443

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
410

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
628
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-07-2021 16:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru