Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2020
09:39
“Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub

“Nar” gənclərin inkişafına, liderlik bacarıqlarının və potensiallarının üzə çıxarılmasına önəm verən “AIESEC Azərbaycan” beynəlxalq tələbə gənclər təşkilatının onlayn keçirilmiş tədbirinə dəstək olub. Dünyada yayılan “COVID-19” pandemiyası ilə əlaqədar tədbirlərin keçirilməsinə qoyulan qadağa ilə əlaqədar olaraq, təşkilat “Evdə qal: gələcəyini qur” adlı tədbirini karantin tələblərinə uyğun olaraq onlayn keçirib. İyunun 4-8-də keçirilmiş tədbirdə müxtəlif sahələrdən 200-ə qədər gənc iştirak edib. 

Tədbirin əsas məqsədi pandemiya vəziyyətinə uyğun gələcəkdə uyğunlaşma problemi yarandıqda gənclərə dəstək olacaq seminarlar keçirməkdir. Seminarlar “Post-pandemiyada dünya”, “Karyera”, “Maliyyə”, “Sağlamlıq” kimi mövzuları əhatə edib. “AIESEC” dünyanın 126 ölkəsində fəaliyyət göstərən və 34 mindən çox üzvü olan dünyanın ən böyük beynəlxalq tələbə gənclər təşkilatlarından biridir. 

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin maariflənməsi, dünyagörüşü və analitik düşüncə bacarığını inkişaf etdirən layihələrə dəstək verib. “Nar”ın KSM layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

Məqalədə : nar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda bir şagirdi olan iki məktəb var

06

May
16:55
ELM / TƏHSİL
381

Yoluxanların sayı azaldı

06

May
16:51
ÖLKƏ
346

Bakıda narkotik vasitə qəbul edən kişi öldü

06

May
15:33
HÜQUQ,HADİSƏ
325

Sabahın hava proqnozu açıqlandı

06

May
13:04
ÖLKƏ
385
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 07:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru