Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2021
17:45
Gömrük əməkdaşları haqda qərar verildi - Həbs səbəbi bəlli oldu

Baş Prokurorluq tərəfindən saxlanılan Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri məhkəmə qarşısına çıxarılıb.

İstintaq orqanı Binəqədi rayon məhkəməsinə təqdimat verərək Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmənin qərarı ilə Aydın Eylazov barəsində 2 ay, Elmar Mirzəyev və Emin Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, A.Eylazov neft sənayesi sahəsində istifadə olunmaq məqsədilə xaricdən Azərbaycana gətirilən qayıq üçün verginin ödənilməməsində ittiham edilir. Belə ki, özəl şirkətlərdən biri iki qayığı icarəyə götürərək Azərbaycana gətirib istifadə edib geri qaytarmalı imiş. Bunun üçün də vergi ödənilməsi nəzərdə tutulur. Şirkətin nümayəndəsi bəyannamə imzalayaraq vergini ödəyəcəyi barədə öhdəlik götürüb. Lakin qayıq Azərbaycanda istifadə olunsa da, vergi ödənilməyib.

A.Eylazov isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vergi ödənilmədən qayıqların ölkəyə buraxılması barədə qərar verməkdə təqsirləndirilir. Amma o, məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

Elmar Mirzəyev isə 300 manat rüşvət almaqda ittiham olunur. Həmin şirkətin əməkdaşı E.Mirzəyevin bank kartına 300 manat pul köçürüb. Emin Xəlilov da özəl şirkət nümayəndələrindən rüşvət alaraq “prosedurları yüngülləşdirməkdə” ittiham edilir.

A.Eylazov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), E.Mirzəyev və E.Xəlilov isə 311-ci (rüşvət alma) maddələri ilə ittiham edilir.

Məqalədə : Gömrük İdarəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
130

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
238

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
265

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
250

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
272

AMB-nin valyuta məzənnələri

18

İyun
09:11
İQTİSADİYYAT
450
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 18:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru