Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2019
15:29
Gömrük Komitəsi: Bu il narkocinayət faktlarının sayı rekord həddə çatıb

Azərbaycan gömrükçüləri narkotik maddələrin axtarışı, qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhd edilən pul və digər malların aşkar olunması üzrə hər gün 50-dən artıq itin xidmətindən istifadə edir.

Bu barədə Dövlət Gömrük Komitəsinin Əməliyat-İstintaq Baş İdarəsi rəisinin I müavini Güloğlan Muradlı məlumat verib.

O, həmçinin deyib ki, bu ilin əvvəlindən 1 808 824 ədəd adi siqaret, 4 318 ədəd elektron siqaret və 2 528 ədəd siqarın ölkəyə keçirilməsinin qarşısı alınıb.

“Həmçinin 976 ədəd mobil telefon, 43 128 ədəd mobil telefon aksesurarı və ehtiyat hissələri, eləcə də 290 min dollar, 13 min avro, 25 min manat, 6 milyon rubl qanunsuz dövriyyədən çıxarılıb”, - deyə gömrük rəsmisi əlavə edib.

Bundan başqa, G.Muradlının sözlərinə görə, bu ilin 11 ayında təxminən 350 narkocinayət faktı aşkar olunub ki, bu da rekord göstərici hesab olunur: “Bu rəqəm ötən il 264 olub. 2019-cu ildə 1,021 ton narkotik maddə müsadirə edilib. Bunun 893,3 kq-ı heroin, 73,7 kq-ı metamfetamin, 30,6 kq-ı tiryək, 11,4-ı kq həşiş, 300 qramı marixuana, 5,3 kq-ı isə digər narkotik maddələr olub”.

“Son illər qadınlardan narko-kuryer kimi istifadə edilməsi halları artıb. Ümumiyyətlə narkotacirlərin 14%-ni qadınlar təşkil edir. Təəssüf ki, son dövrlər biz həyat yoldaşlarını və digər qadınları narkotacirliyə sövq edən şəxslərlə tez-tez rastlaşırıq. Bəzən olur ki, bu işə azyaşlı uşaqların da cəlb olunması faktı ilə üzləşirik. Bu ilin 11 ayında daxili bədən boşluğunda narkotik vasitə keçirmə faktı ötən ilin eyni dövrü ilə müqayisədə 21 fakt artıb. Ötən il insanların daxili bədən boşluğunda narkotik vasitə keçirmə faktı 87 olub. Bu il isə bu göstərici 108-ə çatıb”, - deyə o, əlavə edib.

Gömrük rəsmisi həmçinin bildirib ki, 11 ay ərzində gömrük sistemində 12 minə yaxın hüquqpozma faktı aşkarlanıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 250 fakt çoxdur.(Report)

Məqalədə : Gömrük Komitəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53205

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51418

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52863

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52531

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57953

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52196

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52612
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 23:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru