Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2019
19:41
1747
“Liverpul”un UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümündə qazancı açıqlanıb

İngiltərənin “Liverpul” klubunun UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümündə qazancı açıqlanıb.

“Mirror” nəşrinin yazdığına görə, “Mersesayd” təmsilçisi 110 milyon avro qazanıb. Klub iyunun 1-də turnirin həlledici görüşündə digər ingilis klubu “Tottenhem”i 2:0 hesabla məğlub edib. “Liverpul” turnirin qalibi olduğu üçün 19 milyon avro, ümumilikdə turnirdə gəliri isə 74,35 milyon avro olub. İngilis qrupu televiziya yayım satışından təxminən 35 milyon avro əldə edib. Nəşrin əldə etdiyi məlumata görə, televiziya satışından “Tottenhem” 1 milyon avro daha az qazanıb.

Qeyd edək ki, “Liverpul” bu qələbədən sonra tarixində 6-cı dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi adını qazanıb. “Liverpul” 1977-ci, 1978-ci, 1981-ci, 1984-cü və 2005-ci illərdə UEFA Çempionlar Liqasının qalibi olub. Komanda ümumilikdə üç dəfə bu turnirin finalında məğlub olub. “Liverpul” ötən mövsüm turnirin finalında “Real Madrid”ə 1:3 hesabı ilə uduzub. “Mersisaydlılar” sonuncu çempionluğu 2005-ci ildə İstanbulda “Milan”ı əsas vaxtı 3:3 hesabı ilə başa çatan qarşılaşmada 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək çempion olub.

Komanda, həmçinin üç dəfə (1973, 1976, 2001) UEFA Kubokunu, üç dəfə isə UEFA Super Kubokunu (1977, 2001, 2005) başı üzərinə qaldırıb.

Məqalədə : Liverpul 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1202

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1370

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1822

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1119

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1466

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1202

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1818
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 07:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru