Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2019
19:59
2790
“Huawei” sanksiyasına “Facebook” kompaniyası da qoşulub

ABŞ-ın texnologiya nəhəngi “Google” şirkətinin ardınca “Facebook” kompaniyası da yeni “Huawei” smartfonlarına “Facebook”, “WhatsApp” və “Instagram” proqramlarının yüklənməyəcəyini bildirib.

Qərar “Huawei” smartfonları ilə bu proqramlardan istifadə edənlərə aid deyil. Kompaniyadan verilən açıqlamaya görə, hazırda bu proqramlardan istifadə edənlər onları yeniləyə biləcəklər.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.

“Google” da öz növbəsində “Huawei” kompaniyasına texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.

Mayın 20-də ABŞ-ın Ticarət Nazirliyi kompaniyaya Birləşmiş Ştatlarda istifadə olunan mobil qurğular üçün proqram təminatını yeniləmə və şəbəkələrin xidmətini təmin etmə hüququnu 90 gün müddətinə bərpa edən müvəqqəti lisenziya verib.

Financial Times yazır ki, ABŞ administrasiyasının sanksiyaları Çin şirkətinə qısamüddətli perspektivdə zərər vura bilər. Sahə ekspertlərinin fikrincə, bu, kompaniyanı, həmçinin digər Çin firmalarını problemin müstəqil şəkildə həllinin axtarışlarına və öz məxsusi texnologiyalarının işlənib hazırlanmasına vadar edəcək.   2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları ötüb. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.(Azertag)

Məqalədə : “Huawei” “Facebook” 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
31

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1555

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
667

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
65

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
66

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
66

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
74
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 14:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru