Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2021
14:25
General Heydəri: İranın qonşuların torpağında gözü olmayıb, olmayacaq da`

İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general Kyumərs Heydəri ordunun ölkənin şimal-qərbində keçirdiyi irimiqyaslı təlimlər zamanı bildirib ki, Azərbaycandan İran yolu ilə Naxçıvana və Türkiyəyə, habelə İrandan Azərbaycana, Ermənistana və sair bölgələrə gedən yük maşınlarının marşrutu məsələsi diqqətdə saxlanılmalıdır. 

Bu barədə İSNA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bu istiqamətdə nəqliyyata xüsusi diqqət ayırmaq və media oyunundan uzaq durmaq lazımdır.

"Azərbaycan Respublikasından yük maşınlarının İran İslam Respublikasına getməsi, oradan Naxçıvana və Türkiyəyə yollanması, və ya İrandan Azərbaycana və ya Ermənistana getməsi tam sabitlik şəraitində baş tutmalıdır. Təvəqqe edilir ki, ölkələr bu məsələdə öz məsuliyyətlərinə əməl etsinlər və iqtisadi yolları və enerjinin nəqli məsələsini diqqətdə saxlayıb, media oyunundan əl çəksinlər... İran İslam Respublikası son iki əsrdə heç vaxt bir ölkənin ərazisini işğal etməyib, qonşuların torpağında gözü olmayıb və olmayacaq. O yalnız özünü müdafiə edib. Qarabağın Ermənistan tərəfindən işğal edildiyi dövrdə də həmişə Azərbaycanın ərazi bütövlüyünə təkidlə yanaşıb və heçbir işğalçını dəstəkləməyib... Burada yalnız bir çağırılmamış təfriqəçi ünsür var, o da sionist rejimidir. O başqa yerdən gəlib və gələndən bizim sərhədlərdə həssaslıq artıb. Onların fəaliyyəti bizim müşahidələrimizin altındadır"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
431

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
578

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
578

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
614

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
600
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 10:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru