Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
21:29
“Elektron İttiham” proqramının təqdimatı keçirilib

Sentyabrın 24-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının əməkdaşlarının, eləcə də Ədliyyə Nazirliyi və Ali Məhkəmənin nümayəndələrinin iştirakı ilə “Elektron İttiham” proqramının təqdimatı keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, tədbirdə Baş prokurorun müavini Namiq Əsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının məhkəməyə daxil olması, onların hazırlıq iclasları, həmin işlərin məhkəmədə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən “Elektron İttiham” proqramı barədə məlumat verib.

Bildirilib ki, proqram Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin təqdim etdiyi parametrlər əsasında Baş Prokurorluğun İnformasiya- kommunikasiya texnologiyaları idarəsi tərəfindən hazırlanmışdır. Proqram cinayət işlərinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinə daxil olduğu vaxtdan həmin işlər üzrə yekun qərarların qəbul olunmasınadək olan dövr ərzində bütün məlumatların, arayışların elektron qaydada sənədləşdirilməsini özündə ehtiva edir.

Təqdimat mərasimində “Elektron İttiham” proqramının funksionallığı nümayiş etdirilib, proqramın iş prosesi ilə əlaqədar suallar ətraflı cavablandırılıb, eyni zamanda proqramın iş rejimi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.

Məqalədə : Elektron İttiham 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
528

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
358

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
338

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
320

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
312

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
403
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 14:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru