Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2021
16:35
“Delta” ştammının kliniki əlamətləri dəyişib - XƏBƏRDARLIQ

“Həssas bir dönəmdə yaşayırıq. Öz istəyimizdən asılı olmayaraq, həyat tərzimiz də dəyişir. Gündəlik işimizi də, sosial qayğılarımızı da bu ümumbəşəri bəlanın diktəsinə uyğun tənzimləyirik”.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov koronavirusun yeni ştammının kliniki əlamətlərinin dəyişdiyini bildirib:

“Əvvəllər “alfa”, “beta” ştamlarına yoluxan xəstələr daha çox iybilmə, dadbilmə hissinin itməsindən, kürəkdə ağrıların olmasından şikayətlənirdilər.

Hazırda “Delta” ştammı ilə xəstələnənlərin ən çox şikayət etdikləri əlamətlər isə boğazda ağrının, qıcıqlanmanın olması, udqunma zamanı diskomfortun yaranması, baş ağrılarıdır. Hərarətin yüksəlməsi isə virusun bütün ştamları üçün xarakterikdir”.

Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev isə hazırkı vəziyyətin epidemioloji cəhətdən bir qədər gərgin olduğunu, buna baxmayaraq, böyük bir təhlükə gözləmədiyini vurğulayıb.

Bildirib ki, ölkə səhiyyəsi koronavirusla bağlı tədbirlər sistemi hazırlayıb həyata keçirir və yaxın gələcəkdə aparılan işlərin nəticəsini görmək mümkün olacaq:

“Əhalinin bütövlükdə peyvəndlənməsində əsas məqsəd kütləvi immunitetin yaranmasına nail olmaqdır. Vaksinasiya həm yoluxmanın qarşısını alır, həm də yoluxanlarda xəstəliyin yüngül keçməsinə kömək edir.

Müşahidələr də göstərir ki, reanimasiyaya düşənlərin böyük əksəriyyəti vaksin olunmayanlardır. Əhalinin ən azı 70 faizi vaksinasiyadan keçməlidir ki, kütləvi immunitet yaransın”.

Hər iki mütəxəssis canlı təmasları minimuma endirməyi, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməyi, kütləvi tədbirlərə qatılmamağı məsləhət görür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əl-Husi BMT-nin baş katibini tənqid etdi

20

Sentyabr
16:41
DÜNYA
207

“Zəfər tarixi” dərsliyi çap olunub

20

Sentyabr
16:39
ELM / TƏHSİL
215

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

20

Sentyabr
15:09
SİYASƏT
197

Ərdoğan Rusiyaya gedir

20

Sentyabr
14:42
DÜNYA
215

General Bakı merinin müşaviri oldu

20

Sentyabr
14:26
ÖLKƏ
235

İran HHQ-yə yeni komandan təyin edilib

20

Sentyabr
13:47
DÜNYA
223

Bəhreyndə İsa Qasimə böyük dəstək aksiyası keçirilib

20

Sentyabr
13:23
BÖLMƏNİ DÜZ SEÇ!
212

Sabahın hava proqnozu açıqlanıb

20

Sentyabr
12:35
ÖLKƏ
183

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
305
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 06:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru