Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
20:20
230
“Düdelanj”-“Qarabağ” oyununu şotlandiyalı hakimlər briqadası idarə edəcək

Oktyabrın 3-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Düdelanj”–“Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

Qarşılaşma şotlandiyalı hakimlər briqadasına tapşırılıb. Görüşün əsas referisi Con Biton olacaq. Ona həmyerliləri Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Norveçli Yon Eylif Skyervold matçın hakim-inspektoru, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi olacaq.

Lüksemburqdakı “Jozi Bartel” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

A qrupunda yer alan ağdamlıların digər rəqibləri Kiprin APOEL və İspaniyanın “Sevilya” komandalarıdır.

İlk turda “Qarabağ” öz meydanında “Sevilya”ya 3:0 hesabı ilə məğlub olub. “Düdelanj” isə səfərdə APOEL-dən güclü olub – 4:3.

Məqalədə : Qarabağ FK 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İki rayonda qaz olmayacaq

21

Oktyabr
12:07
ÖLKƏ
26

Ərbəin gecəsi Kərbəla - FOTO

21

Oktyabr
11:42
MƏNƏVİYYAT
125

Xəzər dənizində zəlzələ olub

21

Oktyabr
11:30
HÜQUQ,HADİSƏ
26

Şənbə-bazar yol qəzalarında 5 nəfər ölüb

21

Oktyabr
10:52
HÜQUQ,HADİSƏ
31

Bakıda 8 yaşayış binası söküləcək

21

Oktyabr
10:02
ÖLKƏ
66

Xarici valyutaların manata qarşı məzənnələri

21

Oktyabr
09:26
İQTİSADİYYAT
45

Neftin ucuzlaşması davam edir

21

Oktyabr
09:18
İQTİSADİYYAT
52

Əli Kərimli saxlanıldı - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1337
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 12:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru