Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2020
16:39
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi keçiriləcək

Cari ilin yanvar-fevral ayları ərzində ölkənin bütün bölgələrində "Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci – rayon (şəhər) mərhələsi keçiriləcək. 

Müəyyən olunmuş kvota əsasında, hər rayon və şəhərdən qalib seçilmiş şagirdlər mart-aprel ayları ərzində keçiriləcək ölkə mərhələsində iştirak edəcəklər.

“Ədəbiyyat biliciləri” müsabiqəsi məktəb, rayon (şəhər) və  ölkə olmaqla 3 mərhələdə təşkil edilir. Müvafiq  Qaydalara əsasən, ötən ilin noyabr-dekabr aylarında müsabiqənin ilk - məktəb mərhələsi keçirilib.

Qeyd edək ki, Təhsil Nazirliyi artıq beşinci ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirir.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi  gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.

Məqalədə : Ədəbiyyat biliciləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53012

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51223

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52653

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52340

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57782

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51991

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52397
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 21:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru