Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2021
15:59
“Azərişıq”: “Ölkə elektrik enerjisinin istifadəsində rekord vurdu”

İyun ayının 21-26-sı aralığında enerji göstəricisinə tələbat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik 6,2 milyon kVts artıb.

“Azərişıq” ASC tərəfindən məlumat verilib.

Bildirilib ki, xidmət göstərilən ərazilər üzrə iyun ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb. Belə ki, iyun ayının 21-dən etibarən havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub. Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına səbəb olub.

İyun ayının 27-si 16,4 milyon, iyun ayının 28-i 20,4 milyon, iyun ayının 29-u isə 18,2 milyon kVts olmaqla son üç gündə ümumilikdə 55,0 milyon kVts elektrik enerjisinin istehlakında artım qeydə alınıb.

Bununla da iyun ayının 29-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” ASC üzrə 66,4 milyon kVts qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub. İyun ayında isə ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 106 milyon kVts olması gözlənilir.  

“Azərişıq” ASC tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur. Bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq. Abonentlərimizdən bir daha xahiş olunur ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər.

Ayrıca qeyd etmək istəyirik ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi, eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün “Azərişıq”ASC-də yeni layihələrdən biri olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
417

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
413

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
802

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
431

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
453

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
443

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
405

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
618
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-07-2021 16:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru