Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Avqust

2021
11:44
“Azəriqaz” sayğacların şəffaflığını daha da artırır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutularının quraşdırılmasına başlayıb.

Bu barədə ”Azəriqaz” məlumat yayıb.

Bildirilir ki, qutular həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğaclara tətbiq olunacaq. Zərbəyə, günəş şüalarına və ətraf mühitin təsirlərinə davamlı olan qutular quraşdırıldıqdan sonra abonentlərlə birlik arasında əsassız ittihamlar qalmayacaq. Qutu 4 yerdən kip şəkildə bərkidiləcək, aşağı və yuxarı hissədən möhürlənəcək.

Bu halda nə qaz paylayıcının nə də istehlakçının qaz sayğacına hər hansısa bir təması olmayacaq. Eyni zamanda qaz sayğacının işlək və saz vəziyyətdə saxlanılması təmin olunacaq. Abonent əvvəlcədən ödənişli sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya biləcək. Sonradan ödənişli sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkün olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru