Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2021
15:43
“Azəriqaz” məscidin borcu ilə bağlı yayılmış məlumata aydınlıq gətirib

Mətbuatda Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Möhsün Səlim məscidinə təbii qazdan istifadəyə görə 592 412 manat borc yazılması haqqında məlumatlar dərc olunub.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu borc “Azəriqaz” QSC-nin fəaliyyət göstərdiyi 2009-cu ildən öncəki dövrü əhatə edir. Borc böyük məbləğdə olsa da, məscidin qaz təchizatı heç bir vaxt dayandırılmayıb. Qazın alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar “Azəriqaz”ın Bakı Regional Qazın Satışı Departamentinə müraciət olunub, lakin məscidin müvafiq qurumda qeydiyyatının olmaması və müqaviləni fiziki şəxsin adına bağlamaq istəyi kimi səbəblərdən bu, mümkün olmayıb.

Məqalədə : Azəriqaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 18:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru