
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Bəxtiyar Əliyev komitə üzvlərinə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun fəaliyyəti barədə məlumat verib.
O, 2020-ci ilin sentyabrında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun tərkibinin yeniləndiyini və genişləndirildiyini, bu il yanvarın 22-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü və iştirakı ilə işçi qrupunun videokonfrans formatında görüşünün keçirildiyini qeyd edib. Komitə sədri bildirib ki, həmin görüşdə və ötən müddət ərzində parlament rəhbərinin tövsiyələri və daxil olan təkliflər nəzərə alınmaqla işçi qrupu “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantını hazırlayıb.
“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev qeyd edib ki, ilk dəfə hazırlanan bu qanun layihəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda irəli sürülən hədəflər nəzərə alınmaqla ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə hədəflənib. Sənəd ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.
Komitə sədri yeni qanun layihəsinin ali təhsillə bağlı bir çox məsələlərə aydınlıq gətirdiyini, sənəddə dünya təhsil sistemindəki yeniliklərin və qabaqcıl təcrübənin Azərbaycan təhsilinin ənənələri və özünəməxsusluğu nəzərə alınmaqla əks olunduğunu bildirib.
İşçi qrupunun rəhbəri qeyd edib ki, ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafının təmini, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, Azərbaycanda elmi, iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması, tədqiqat universitetlərinin yaradılması məsələləri yeni qanun layihəsində nəzərə alınıb. Bundan başqa, distant təhsil, təhsil kreditləri kimi cəmiyyəti narahat edən məsələlərə də sənəddə geniş yer verilib.
Məsələ ilə bağlı çıxış edən komitə sədrinin müavini Musa Qasımlı, deputatlar - Eldar Quliyev və Etibar Əliyev hazırda təhsil sistemində mövcud olan bir sıra məsələləri dilə gətirərək yeni qanun layihəsində onların həllinin aydın və işlək mexanizmlərinin yaradılmasının vacibliyindən danışıblar.
Bəxtiyar Əliyev sənədin ilkin variantı üzrə təkmilləşdirmələrin, müvafiq təkliflərin daxil olmasının davam etdiyini qeyd edərək qanun layihəsi tam hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirəsinin keçiriləcəyini bildirib.
Onlayn iclasda komitə üzvləri – Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva, Rafael Hüseynov, Afət Həsənova, Anar İsgəndərov, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə, Fatma Yıldırım və digər rəsmi şəxslər də iştirak ediblər.

Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına münasibət bildirib
14
Aprel27-01-2020 17:05 Ali təhsil müəssisələrinə qəbulla bağlı sınaq imtahanına qeydiyyat başlayıb
01-07-2019 11:36 Ali təhsil işçilərinin attestasiyası aparılacaq
15-04-2019 08:49 Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır
15-08-2018 16:37 Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb - YENİLƏNİB
30-07-2018 14:15 Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
19-04-2018 15:32 Rusdilli abituriyentlər qəbul imtahanı verəcəklər
- 14-04-2021 13:57 QMİ-nin televiziya kanalı fəaliyyətə başlayıb
- 13-04-2021 15:27 Bitkoin qiyməti rekordlar qırır
- 13-04-2021 14:59 Lavrov Aİ-nin İrana qarşı yeni sanksiyaları haqda: Cinayətdən betərdir
- 12-04-2021 15:23 FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO
- 12-04-2021 14:09 Türkiyədə Ramazan ayı ilə bağlı qadağalar tətbiq olundu
- 12-04-2021 10:47 ABŞ-da polis növbəti dəfə qaradərilini öldürüb: İnsanlar ayağa qalxdı
- 10-04-2021 11:13 Maşınlarda maskadan istifadə ilə bağlı reydlər keçiriləcək
- 09-04-2021 16:07 Tank bölmələri döyüş atışları icra edib - VİDEO
- 08-04-2021 15:46 Koçaryan Paşinyanı məhkəməyə verdi
- 08-04-2021 14:51 Zərif İranın prioritetini açıqladı
- 07-04-2021 11:09 ABŞ-ın hipersəsli raket sınağında növbəti uğursuzluğu
- 06-04-2021 10:11 DYP sürücülərə XƏBƏRDARLIQ edib
- 05-04-2021 11:40 QMİ əhaliyə Ramazan ayı ilə bağlı müraciət edib
- 03-04-2021 13:21 Zərif: "ABŞ-la hər hansı bir görüş keçirməyə gərək yoxdur"
- 03-04-2021 10:41 ABŞ-da Kapitoli qarşısında atəş səsləri: İki ölü, bir yaralı
- 03-04-2021 10:21 Rusiya İranla bağlı çağırış etdi
- 02-04-2021 12:59 Daha 30 şəhid və qazi ailəsinə mənzil verilib
- 01-04-2021 10:29 İranın ən böyük müasir muzeyi Təbrizdə yerləşirmiş
- 31-03-2021 16:57 “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb
- 31-03-2021 16:03 ABŞ-ın İraqdakı hərbi logistika karvanına hücüm edilib
- 31-03-2021 11:59 İran-Çin sazişi İsraili də narahat etdi
- 31-03-2021 09:47 Dünya Bankı: Azərbaycanın ÜDM-i bu il 2,8% artacaq
- 31-03-2021 09:08 Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 103 il ötür
- 30-03-2021 19:01 Azərbaycan tələbələri Cəmkəranda Nimeyi-Şəban mərasimi keçirib - VİDEO
- 30-03-2021 10:49 Əsrin ən yaxşı futbol klubları açıqlanıb