Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Avqust

2021
10:30
G7 ölkələri Əfqanıstandaki vəziyyətlə bağlı birgə bəyanat yayıb

Bu gün G7 ölkələri Əfqanıstandaki vəziyyətlə bağlı keçirdikləri virtual toplantıdan sonra birgə bəyanat yayıb.

TASS xəbər verir ki, bəyanatda bildirilib ki, Əfqanıstan xalqı xüsusilə son iyirmi ildə qadınlar və qızlar üçün əldə olunan siyasi, iqtisadi və sosial nailiyyətlərdən sonra ləyaqət, sülh və təhlükəsizlik içində yaşamağa layiqdir:

"Əfqanıstan bir daha nə terror üçün sığınacaq, nə də başqalarına qarşı terror hücumlarının mənbəyi ola bilməz. Tərəfdaşlarla, xüsusən NATO müttəfiqləri ilə işləyərək, harada olursa-olsun, qətiyyətlə və həmrəyliklə terrorla mübarizəyə davam edəcəyik. Gələcəkdə qurulacaq hər hansı Əfqanıstan hökuməti ölkənin beynəlxalq öhdəliklərinə və terrorizmdən qorunma öhdəliyinə riayət etməlidir. Başda qadınlar, uşaqlar, etnik və dini azlıqlar olmaqla, bütün əfqanların insan haqları, qanunun aliliyi qorunmalı, maneəsiz və qeyd-şərtsiz humanitar çıxışa icazə verilməli, insan və narkotik alverinə qarşı effektiv mübarizə aparılmalıdır”.

G7 liderləri Əfqanıstandakı bütün tərəfləri qadınların və azlıq qruplarının iştirakı da daxil olmaqla, əhatəli və təmsilçi bir hökumət qurmaq üçün vicdanla işləməyə çağırıb: “Biz müttəfiqlərimiz və regional ölkələrlə birlikdə BMT, G20 vasitəsilə və daha geniş şəkildə beynəlxalq ictimaiyyəti bir araya gətirərək Əfqanıstanın qarşısında duran kritik sualları həll etməyə çalışacağıq. Xüsusilə, bir daha təsdiq edirik ki, “Taliban” terrorizmin qarşısının alınması ilə bağlı hərəkətlərinə görə, xüsusən qadınlar, qızlar və azlıqların hüquq və azadlıqlarına, eyni zamanda Əfqanıstanda əhatəli siyasi nizamlanma səyləri ilə bağlı hərəkətlərinə görə cavabdeh olacaq. Gələcək hər hansı bir hökumətin legitimliyi, Əfqanıstanın sabitliyini təmin etmək üçün beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün göstərəcəyi yanaşmadan asılıdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
175

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
275

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
306

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
316

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
357
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 10:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru