Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
09:57
2325
Əfsanəvi Hacı Muradın qalıqları Qaxdan Dağıstana aparılır

Çeçen xalqının qəhrəmanı, əfsanəvi Şeyx Şamilin sağ əli olan Hacı Muradın qalıqları Qaxdan Dağıstanın Xunxzax kəndinə aparılacaq. Dəfn mərasimi iyunun 2-nə təyin olunub. FaktXeber.com-un Kafkazskiy Uzel-ə istinadla verdiyi məlumata görə, bu barədə Naibin Qalıqlarının basdırılması üzrə  təşkilat komitəsinin sədri Maqoed Əmirxanov  bəyan edib.

Şeyx Şamilin naibinin bədənindən ayrılan başı hazırda Rusiyanın Sankt Peterburq şəhərində keçmiş Kunstkamerdə (Böyük Pyotr adına Antropoloqiya və etnoqrafiya muzeyində) saxlanılır. Onun da verilməsi  barədə qəti qərar verilməyib, hazırda müzakirələr gedir.

Qeyd edək ki, yanvarın 24-də Dövlət Dumasının deputatı Hacımurad Ömərov Rusiya prezidentinin müşaviri Vladimir Tolstoyun «Ədalətli Rusiya» fraksiyasının rəhbəri Serqey Mironova məktubunu yayımlayıb. Məktubda  Rusiyanın Prezident Administrasiyasının əfsanəvi Hacı Muradın  qalıqlarını (başını) Dağıstana verilməsinin məqsədəuyğunluğu barədə mövqeyi əks olunub.

Qeyd edək ki, Hacı Murad Qafqaz müharibəsi dövründə İmam Şamilin naibi olub. Lakin 1851-ci ildə onlar arasında münaqişə yaşanır və Hacı Murad Çeçenistana qaçır. 1852-ci ilin mayın 5-də o, qətlə yetirilir. Hacı Muradın başı ölümündən sonra naməlum şəxs tərəfindən bədənindən ayrılır və Peterburqa göndərilir. Burada onun başı Hərbi Tibbi Akademiyada saxlanılır. 1959-cu ildə onun başı Antropoloqiya və Etnoqrafiya muzeyinə (keçmiş Kunstkamerə) verilir.

Hacı Muradın bədəninin qalıqları isə Azərbaycanın Qax rayonunun Tanqıt kəndində dəfn edilib.

Məqalədə : Hacı Murad Şeyx Şamil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1695

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1003

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2149

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2777

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
115

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
817

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4147

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
97
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 23:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru