Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
12:04
232
Fransada kimyəvi zavodda baş verən yanğına görə aqrar qadağa qüvvəyə minib

Fransanın şimalındakı Ruan şəhərində kimyəvi bir zavodda ötən həftə baş verən şiddətli yanğından sonra, hökumət ehtiyat tədbir olaraq bölgədən məhsul yığımı və heyvan mənşəli məhsulların satışını qadağan edib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə France24 xəbər verib.

Bölgə rəhbərliyi bəyan edib ki, alovun yaratdığı duman bəzi kənd təsərrüfat ərazilərinə çökdüyü üçün insanların sağlamlıq riskinə məruz qalıb, bu isə dərhal profilaktik tədbirlər görməyi tələb edir.

Bazar günü yayımlanan fərmanlarda əlavə edilib ki, istehsalçılardan qida təhlükəsizliyi zəmanəti olmadıqda, çirklənməyə məruz qala biləcək bütün məhsullar məhv edilməlidir.

Ruan ətrafındakı 100-ə yaxın rayonun zərər çəkdiyi ehtimal edilir.

Sentyabrın 27-də Fransanın Rouen şəhərində Lubrizol zavodunda yanğın baş verib. Lubrizol nəqliyyat, sənaye və istehlak bazarları üçün xüsusi kimyəvi maddələr tədarükçüsüdür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1149

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
68

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
92

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
355
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 04:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru