Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2019
16:34
632
Əfqan qüvvələrinin əməliyyatı zamanı dinc sakinlər həlak olub

Helmand əyalətində Əfqanıstanın xüsusi təyinatlılarının hava hücumu və yerüstü əməliyyatlar nəticəsində dinc sakinlər həlak olub. FaktXeber.com-un Al-Jazeera-ya istinadla verdiyi məlumata görə, hadisə Talibanın nəzarətində olan Musa Kala bölgəsində baş verib. Qurbanların sayı barədə ziddiyyətli məlumatlar var.

Səlahiyyətlilər bildiriblər ki, taliblər tərəfindən istifadə olunan evdə həmin vaöt toy mərasimi var imiş. Əyalət qubernatorunun sözçüsü Omar Zvak, ən azı 14 döyüşçünün, o cümlədən 6 əcnəbinin öldürüldüyünü söylədi.

"Bu basqında mülki şəxslərin də həyatlarını itirdiyini bilirik, amma dəqiq sayı müəyyən etməmişik. Araşdırma aparılır".

Helmand vilayət məclisinin üzvü Attaullah Əfqan Reuters-ə açıqlamasında 35 mülki şəxsin öldüyünü və 13 nəfərin yaralandığını söyləyib. Başqa bir mənbə isə Associated Press toyda iştirak edən ən az 24 adamın öldüyünü söyləyib.

Qeyd edək ki, rəsmi statistikalara görə, əfqan və müttəfiq beynəlxalq qüvvələr, o cümlədən NATO, bu ilin ilk üç ayında Taliban və digər silahlı qruplaşmalardan olan silahlılardan daha çox mülki insanı öldürüb. Bundan başqa mütəmadi olaraq onların "səhvən" mülki şəxsləri vurduqları barədə xəbərlər verilir.

Məqalədə : Əfqanıstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
842

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
68

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
278

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 03:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru