Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2020
10:31
Fələstin baş naziri: Fələstin mübarizəsi mal-mülk deyil, şərəf və azadlıq mübarizəsidir

Fələstin Nazirlər Kabinetindən verilən yazılı açıqlamaya görə, baş nazir Məhəmməd İştiyyə İngiltərə XİN rəhbəri Ceyms Kleverli ilə videokonfrans yolu ilə müzakirə aparıb.

İsrailin Fələstinlə pul siyasəti aparmaq istədiyini bildriən İstiyyə, "vergi gəlirləri xalqımızın pulu və haqqımızdır. Milli və siyasi mövqeyimizin pulla əvəzlənməsinə imkan verməyəcəyik", - deyib.

"Fələstin mübarizəsi mal-mülk deyil, hüquq, şərəf və azadlıq mübarizəsidir", - deyən İstiyyə, İngiltərəni Fələstin dövlətini tanımağa çağırıb.

Kleverli isə İsrailin işğal edilmiş Qərb Sahilində qanunsuz yəhudi məskunlaşmalarının "ilhaq" planını rədd etdiklərini vurğulayaraq, ilhaqın iki dövlətli həll yolunu çətinləşdirəcəyini bildirib.

"Fələstin hökumətinin İsrail ilə razılaşmalara və barışıqlara əməl etməməsi barədə qərarına görə, vergi gəlirləri almaqdan imtina edirik", - deyə dünən Fələstin Mülki İşlər Administrasiyasının rəhbəri Hüseyin Şeyx bildirib.

Fələstin büdcəsinin 63 faizini təşkil edən vergi gəlirləri İsrail tərəfindən toplanır. İsrail elektrik enerjisi kimi xidmətlərə görə ayda 200 milyon dollara çatan Fələstinin vergi gəlirinin 40 milyon dollarını kəsir.

Məqalədə : Fələstin İsrail 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5973

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4879

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6446

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6477

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8676

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6166
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-07-2020 03:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru