Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2019
19:58
2109
Fitrə zəkatının çıxarılma qaydası, miqdarı və kimlərə verilməlidir?

İyunun 5-i və 6-sı Azərbaycanda Fitr bayramı qeyd olunacaq. Ramazan ayının son gecəsi oruc tutanlar niyyət edərək fitrə zəkatı çıxaracaqlar. Hər il qiymətlərdə müəyyən qədər dəyişiklik olduğu üçün fitrə zəkatının çıxarılmasının miqdarı da bir qədər dəyişilmiş olur. Fitr gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil, fəqir olmayan bütün şəxslərə fitrə zəkatı vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi yaşadığı ərazinin yemək növlərindən sayılan qidalardan təqribən 3 kq fitrə versin. Çıxarılacaq fitrə zəkatının növünə uyğun olaraq onu pul dəyərini də vermək olar. Bunlardan ən ucuzu arpa və buğda, ən bahalısı isə xurma hesab olunur  Əgər nəzərə alsaq ki, arpa və buğdanın bazarda qiyməti 30-50 qəpik həcmindədir, onda adambaşına bu 1 - 1.5 AZN edir. Xurma ilə fitrə çıxarmaq istəyənlər üçün isə bu rəqəm adambaşına 18 - 20 AZN miqdarında hesablanmalıdır. Ümumiyyətlə fitrə zəkatının mahiyyəti budur ki, verilən zəkat hesabına yoxsul öz evində bayram keçirə bilsin. Yəni hər bir kəs imkan daxilində fitrə çıxararkən bu həddi nəzərə almalıdır.

Fəqir olmayan şəxs dedikdə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. 

Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.

İnsan fitr bayramı gecəsinin qürubundan qabaq- böyük-kiçik, müsəlman-kafir, xərcləri özünə vacib olan şəxslər- xərcləri özünə vacib olmayan şəxslər olmasından, onun yanında yaşayıb-yaşamamasından asılı olmayaraq- ailə üzvlərindən sayılanların fitrələrini verməlidir. Başqa bir şəhərdə yaşayan ailə üzvlərindən bir şəxsi onun malından fitrəsini ödəməsi üçün vəkil etsə və onun bu işi görəcəyindən xatircəm olsa, kifayat edər. Qonaq ev sahibinin icazəsi ilə fitr bayramı gecəsinin qürbundan qabaq (evə) gəlib, onun çörək yeyəni sayılsa (yəni, bir müddət yanında qalmaq fikrində olsa) qonağın zəkatını vermək vacibdir. Lakin, yalnız bayram gecəsi üçün dəvət olunubsa, onun zəkatı ev sahibinə vacib deyil. Ev sahibinin razılığı olmadan (evə) gəlibsə, onun fitrəsini verməlidir. Onu, xərcini verməyə məcbur edən şəxsin hökmü də yuxarıdakı hökmlə eynidir. Əgər qürubdan qabaq uşaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqirin imkanı olsa, gərək fitrənin zəkatını versin. Lakin, (yuxarıda qeyd edilən şərtlər) qürubdan sonra olsa, zəkatın fitrəsi lazım deyil. 

Əgər fitr bayramı gecəsinin qürbundan sonra uşağı dünyaya gəlsə, yaxud bir şəxs onun çörək yeyəni olsa, onun fitrəsini verməsi vacib deyil. Kiminsə çörək yeyəni olan bir şəxs qürubdan qabaq başqa birinin çörək yeyəni sayılsa, onun fitrə zəkatı ikinci şəxsin öhdəsindədir. Məsələn, qız qürubdan qabaq ər evinə köçərsə, zəkatını əri verməlidir. Əgər insanın zəkat fitrəsi başqasına vacib olsa, onun özünə vacib deyil. 

Zəkatın fitrəsi müsəlman, fəqir və miskinlərə verməlidirlər. Habelə, ehtiyaclı olan müsəlman uşaqlarına da, onlar üçün istifadə edib, yaxud uşaqların başçıları vasitəsi ilə onlara sahib çıxmalarından asılı olmayaraq, fitrə vermək olar. Fitrə alan fəqirin adil olması lazım deyil. Lakin içki içən və ya açıq-aşkar böyük günahlar edən, həmçinin, fitrəni Allaha günah edilən yerlərdə istifadə edən şəxslərə fitrə verilməməlidir.

Fitrənin zəkatı verildikdə ehtiyaclı qohumları yadlardan, sonra ehtiyaclı qonşuları digərlərindən, habelə, ehtiyaclı olan elm əhlini elm əhli olmayanlardan önə salmaq bəyəniləndir. Ehtiyacı olmasını iddia edən şəxsə fitrə zəkatı vermək olmaz. Gərək onun fəqir olmasına əmin olsun. Ən azı xarici görünüşündən (fəqir olmasını) güman etməlidir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
613

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
792

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1530

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
205

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1787

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
833

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
276

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
229

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
281

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
231
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 05:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru