Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2020
09:22
FHN Badamdar sürüşmə sahəsində görüləcək işləri açıqlayıb

“Badamdarla 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir. Orada sürüşməyə əsas səbəb sudur. Yağış yağdı, su kütləsi artdı və bununla da yamac hərəkətə gəldi. Yuxarıdakı quyular vasitəsilə sürüşmə zonasında suyun qarşısını bir qədər almağa çalışırıq”.

Bunu Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev deyib. O bildirib ki, artıq 6 quyu işləyir, 1-2 günə isə 5 quyu da aktivləşdiriləcək: “Bununla vəziyyət stabilləşəcək. Badamdarda hələ kanalizasiya  sistemi yeni inşa edilir. Həmin ərazidə yaşayış evlərinin kanalizasiya sistemi yoxdur. Bu evlərə müvəqqəti kanalizasiya çəkməliyik. Bundan sonra işlər davam etdiriləcək”.

Şöbə müdirinin sözlərinə görə, martın əvvəlində yuxarıda suqəbuledici quyunun qazılmasına başlanılacaq: “Quyunu daxildən bərkitmək üçün metal lövhələr lazımdır, bunlar da Yaponiyada istehsal olunur. Onlar gətirildikdən sonra quyular qazılıb divarları bərkidiləcək ki, heç bir hadisə baş verməsin. Bundan sonra başladığımız işləri daha intensiv şəkildə həyata keçirəcəyik. Terraslar yaradılacaq, sonra aşağı hissədən artıq kütləni hissə-hissə çıxardıb yerlərini düzəldəcəyik. Daxildə xırda işlər isə çoxdur”.

R. Rzayev qeyd edib ki, təxminən yayın sonuna ərazidə işlər tam yekunlaşacaq: “Üç quyu qazılacaq və onların hər birinə ən az bir ay vaxt lazımdır. Quyular qazılarkən digər işlər də davam etdiriləcək. Martda quyuların qazılmasına başlanılsa, yayın axırına işlər tamamlanmalıdır. Yuxarı hissədə diametri 3.5 metr, dərinliyi isə 30 metr olan quyular qazılacaq. Quyuların daxilinə texnika - qazma aqreqatı qoyulacaq. Quyunun içindən 50 metr  uzunluğunda filtrlər çəkiləcək. Filtrlərə su daxil olub oradan quyuya axacaq. Çəkiləcək xətt vasitəsilə su kollektora gedəcək”.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

Məqalədə : sürüşmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
311

Bakıda uşaq poliklinikasında yanğın söndürülüb

21

Fevral
16:10
HÜQUQ,HADİSƏ
328

MSK-nın iclası başladı

21

Fevral
16:04
ÖLKƏ
321

I sinfə qəbul qaydaları açıqlanıb

21

Fevral
15:42
ELM / TƏHSİL
12439

DİM imtahanın nəticələrini açıqladı

21

Fevral
15:28
ELM / TƏHSİL
2489

22 fevral tarixiniə olan hava proqnozu

21

Fevral
13:36
ÖLKƏ
373
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 07:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru