Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2021
09:42
Evdə olmayan vətəndaşlara nə üçün artıq su pulu gəlir? - Rəsmi açıqlama

Yay mövsümündə istirahətlə əlaqədar bölgələrə və ya xaricə üz tutan vətəndaşlar istirahətdən qayıtdıqda artıq su sərfiyyatı yazıldığı ilə qarşılaşırlar. Belə olduğu təqdirdə vətəndaşla su idarəsinin işçiləri arasında mübahisə yaranır.

Bu barədə Trend-ə açıqlama verən "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələyə aydınlıq gətirib.

Bildirib ki, sudan istifadə qaydalarına əsasən mexaniki su sayğacları evin içində olan abonentlərə, vətəndaş evdə olmadıqda, müəyyən səbəblərdən qapı açılmadıqda və ya sayğac məlumatları göndərilmədikdə, orta aylıq sərfiyyata uyğun hesabat yazılır:

"Orta aylıq sərfiyyat son 12 ayın sərfiyyatı əsasında çıxarılır. Amma növbəti ay həmin ünvana gedib sayğac göstəricisini oxuyanda, proqramsal olaraq informasiya sistemləri üzərindən insan amili olmadan dürüstləşmə aparılır. Əgər, siz bir ay ərzində 10 kubmetr su işlətmisinizsə və orta aylıq sərfiyat 15 kubmetrdirsə, deməli 5 kub artıq sərfiyyat hesablanıb. Belə olduqda, növbəti ayda proqram onu avtomatik olaraq 10 kub kimi nəzərə alır".

Qurum rəsmisi bildirib ki, bu istiqamətdə vətəndaşlar mütəmadi məlumatlandırılırlar:

"Hazırda yay mövsümü ilə əlaqədar insanlar müxtəlif yerlərə gedirlər. Evdə olmadıqlarından və ya az müddət qaldıqlarından, yazılan orta sərfiyyat real sərfiyatdan yüksək ola bilər. Vətəndaşlar bilsinlər ki, dediyim kimi sonradan proqramsal olaraq avtomatik qaydada dürüstləşmə aparılır. Proqram təminatı elə qurulub ki, 1 kubmetr belə artıq və əskik sərfiyyat hesablana bilməz.

Bizim mexaniki sayğac göstəricilərinin təqdim olunması və hesab bildirişinin alınması ilə bağlı elektron xidmətimiz də var. Vətəndaşlar öz sayğaclarının şəklini çəkib, sayğac nömrəsini yazmaqla, "Azərsu" ASC-nin saytından, elektron hökumət portalından, elektron xidmətlərimizdən, həmçinin "Azərsu" ASC-nin "Facebook" səhifəsinin messencer bölməsindən də göstəriciləri rahatlıqla təqdim edə bilərlər ki, kənarlaşmalar olmasın".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
185

Sabahın hava proqnozu açıqlanıb

23

Sentyabr
12:59
ÖLKƏ
201

MTN generalının məhkəməsi başlayıb

23

Sentyabr
11:11
HÜQUQ,HADİSƏ
290

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

23

Sentyabr
10:16
İQTİSADİYYAT
352

AMB-nin valyuta məzənnələri

23

Sentyabr
09:45
İQTİSADİYYAT
300

Azərbaycana payız gəlib

23

Sentyabr
09:16
DÜNYA
375

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
433
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 19:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru