Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2021
09:59
Ev alarkən bunlara diqqət edin - VİDEO

Bəzən həm elanlarda, həm də ev alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən çıxarışı olmayan evlərin satışı təklif edilir. Təbii ki, bu evlərin qiymətində həmin ərazidəki digər evlərlə müqayisədə ciddi fərq olur. Ancaq məsələni maraqlı edən budur ki, sənədi olmayan evi necə satırlar?

Xəzər TV xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, bu cür evlərin satışı notarial qaydada aparılmır və istənilən sənədsiz evləri alanlar ciddi problemlərlə üz-üzə qala bilərlər.

Ramil Osmanlı bildirir ki, bu cür evlər bəzi hallarda etibarnamə ilə notariusda da alqı-satqı edilə bilir. Ancaq bu da çox təhlükəli və riskli bir yoldur.

Sənədsiz satılan evlərlə bağlı daha bir problem isə vətəndaşın aldığı əmlakla bağlı heç bir hüquqi və maliyyə əməliyyatı icra edə bilməməsidir. Bu isə müxtəlif cür xidmətlərdən istifadə zamanı vətəndaşı müəyyən çətinliklərlə üz-üzə qoyur.

Ekspertin sözlərinə görə, bəzən bələdiyyə sənədi ilə alınan evlərdə sonradan üzə çıxır ki, həmin sənədlər heç bir yerdə qeydiyyatda deyil və hüquqi qüvvə daşımır. Bundan əlavə, bəzən bələdiyyə sənədi ilə satılan evlərdə daha sonra məlum olur ki, ev həmin şəxsin boşandığı həyat yoldaşı ilə nikahda olduğu zaman əldə edilib və sonradan bu şəxslər də həmin mülkə sahiblik iddiası irəli sürə bilərlər. Buna görə də ev alan zaman ilk diqqət ediləcək məqam onun çıxarışının olmasıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
175

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
291

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
285

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
275

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 03:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru