Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2019
09:05
Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyiş yoxdur - RƏSMİ

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyiş yoxdur. 

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin də təsdiq etdiyi kimi, atəşkəsə ümumilikdə əməl olunur və atışmalar xeyli dərəcədə azalıb. Onlar da səmərəli müzakirələrin aparılması və həll yolu ilə bağlı danışıqlarda irəliləyiş üçün əlverişli atmosferin mövcud olduğunu təsdiqləyirlər. Lakin baxmayaraq ki, pozitiv atmosferi yaranıb, 2018-ci ilin sentyabrından təmas xətti boyunca müşahidə olunan sakitlik  münaqişənin həlli istiqamətində müsbət irəliləyişə çevrilmədi. Faktdır ki, biz bu gün yalnız görüşlər barədə danışa bilirik, hansı ki, həmsədrlərin özlərinin də davamsız və qəbuledilməz adlandırdığı hazırkı işğalın status-kvosunu dəyişməyə imkan verəcək, münaqişənin həlli ilə bağlı substantiv məsələlərin tam hüquqlu müzakirəsinə çevrilə bilmir. Görüşlərin müəyyən intensivliyinə baxmayaraq, Ermənistanın vicdanla danışıqlar aparmaq üçün açıq siyasi istəyinin olmaması prosesin irəliləməsinə mane olmağa davam edir. Bu mənada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkdakı görüşü də məyusedici idi.

Biz bu fikirdəyik ki, bəzi etimad tədbirləri həyata keçirilə bilər. Lakin bunlar danışıqlar prosesində əvəzedici ola bilməz. Xalqların sülhə hazırlanması ilə bağlı bu kiçik addımlar substantiv danışıqlar üçün ilkin şərt kimi irəli sürülə bilməz. Ötən bir il ərzində Ermənistan rəhbərliyinin məsuliyyətsiz çıxışlar və hərəkətlər edərək sülh prosesini pozmağa yönələn davamlı cəhdlərinin şahidi olmuşuq. Beləliklə, Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir", - deyə bəyanatda vurğulanır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
261

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
276

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
435

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
316

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
254

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
322

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
6682
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2019 22:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru