Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2020
16:16
Erməni əsriliyində olan vətəndaşlarımız barədə son STATİSTİK MƏLUMAT

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı 01.01.2020-ci il tarixə olan statistik məlumatları açıqlayıb.

Komissiyadan FaktXəbər-ə verilən məlumata görə, hazırda Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3889 nəfər təşkil edir. Onlardan 3622 nəfəri kişilər, 267 nəfəri isə qadınlardır.

İtkin düşmüş şəxslərdən hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı isə 719 nəfər (uşaq - 71 nəfər, qadın - 267 nəfər, qoca - 326 nəfər) təşkil edib.

Əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslərin sayı isə 871 nəfər olub. Onlardan 773 nəfəri kişilər, 98 nəfəri isə qadınlardır. Həmin şəxslərin 604 nəfərini hərbçilər, 267 nəfərini mülki şəxslər (uşaq - 29 nəfər, qadın - 98 nəfər, qoca - 112 nəfər) təşkil edib.

Əsir və girovluqdan azad edilmiş şəxslərin sayı isə 1480 nəfər olub. Onlardan 1123 nəfəri kişilər, 357 nəfəri isə qadınlar olub.

Əsir və girovluqdan azad edilmiş şəxslərin 378 nəfəri hərbçilər, 1102 nəfəri mülki şəxslər (uşaq - 224 nəfər, qadın - 357 nəfər, qoca - 225 nəfər) olub.

Məqalədə : Erməni əsriliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53745

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51873

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53338

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53083

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58418

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52681

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53077
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-11-2020 11:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru