Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2019
16:46
Erməni məmurlar Azərbaycana gəlir

Ermənistanın Baş Naziri Nikol Paşinyanın göstərişi ilə bu ölkənin rəsmi şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

"Aysor.am" saytı yazır ki, Ermənistan nümayəndə heyəti dekabrın 6-da Bakıda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında iştirak edəcəklər.

Nümayəndə heyətinin tərkibinə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin şöbə müdiri Arman Karapetyan və Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Artem Aznauryan daxildirlər.

Qeyd edək ki, TRACECA – MDB-yə göstərilən texniki yardım (TASIS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Cənubi Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

Məqalədə : Ermənistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
221

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
251

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
374
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 05:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru