Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

27 Mart

2017
12:25
505
Ermənilər daha bir tarixi abidəmizdə qazıntı işləri aparır

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycanın işğal altında olan Şuşa şəhərindəki məşhur "Gövhər Ağa" məscidində ermənilər qazıntı və təmizləmə işləri aparır. Bu barədə “Tarixi mühitin qorunması xidməti” dövlət qurumunun rəhbəri Marat Şahmaryan "armenpress.am" saytına müsahibəsində deyib.

Marat Şahmaryan bildirib ki, məsciddə qazıntı işləri zamanı xaricə mütəxəssisə ehtiyac olmayıb və  ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır.

Qeyd edək ki, Azərbaycanın tarixi abidəsi olan "Gövhər Ağa" məscidi kimi tanınan Yuxarı Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com