Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2019
11:14
492
Energetika Nazirliyinə 1211 nəfər müraciət edib

2019-cu ilin 9 ayı ərzində Energetika Nazirliyinin Çağrı Mərkəzi tərəfindən 1211 zəng qəbul edilib.

FaktXəbər-ə nazirlikdən verilən məlumata görə, müraciətlər əsasən, elektrik enerjisi və qaz təchizatı məsələlərini əhatə edib. Bunlardan 548-i enerji təchizatı, 339-u qaz təchizatı, 44-ü elektrik və qaz sayğaclarının quraşdırılması, 8-i istilik sisteminə qoşulma, 109-u isə digər məsələlərlə bağlı müraciətlər olub. Daxil olan zənglərin 163-nü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür zəngləri təşkil edib.

Hesabat dövründə qaz təchizatı üzrə qəbul edilən zənglərdən 146-ı Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub ki, bu zənglər operativ şəkildə “Azəriqaz” İB-nin 104, 185 və 521-33-44 qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib.

Cağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zəng və sorğular çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Məqalədə : Energetika Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
19

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
43

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
63

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
52

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
229

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 13:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru