Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2021
10:45
Çempionlar Liqasının finalında İngiltərə derbisi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Sonuncu oyun günündə İspaniya nəhəngi “Real” İngiltərədə yerli “Çelsi” komandası ilə üz-üzə gəlib.

Bu komandalar arasında Madriddə baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınmışdı. Bu üzdən londonlulara mərhələ adlamaq üçün qolsuz heç-heçə də bəs edirdi. “Real” isə səfərdən mütləq qələbə ilə dönməliydi. Amma 90 dəqiqənin sonunda qələbəni meydan sahibləri bayram ediblər.

Daha öncə İngiltərənin “Mançester Siti” klubu Fransa çempionu PSJ-yə hər iki oyunda qalib gələrək (2:1, 2:0) finala yüksəlmişdi. Beləliklə, mayın 29-da İstanbulda keçiriləcək final görüşündə iki İngiltərə klubu – “Çelsi” və “Mançester Siti” qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

5 may

Çelsi – Real 2:0

Qol: Verner, 28. Maunt, 85.

Baş hakim: Daniele Orsato (İtaliya).

London. “Stemford Bric” stadionu.

İlk oyun – 1:1.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
635

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
915
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 16:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru