Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
09:43
489
Elektron dərslik portalı ölkənin ən çox izlənən saytları sırasında

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalı  (www.e-derslik.edu.az)  ölkə üzrə saytların reytinq cədvəlində son bir ay ərzində 80 pillə yüksələrək 51-ci olub. Belə ki, sentyabr ayı ərzində portala giriş sayı 332 130-a, səhifələrə ümumi baxış sayı isə 2 748 408-ə çatıb.  FaktXeber.com-a bu barədə Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, cari ilin ilk 9 ayı ərzində e-derslik portalına giriş sayı 1 754 280, səhifələrə ümumi baxış sayı isə 14 625 792 olub. 2018-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 037 849 və 8 163 538 təşkil edib.

Hazırda məzmun və dizayn baxımından təkmilləşdirilmiş dərsliklərin elektron formatda hazırlanıb portalda yerləşdirilməsi prosesi davam etdirilir. Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 7-si olmaqla ümumilikdə 22 dərslik yeniləri ilə əvəzlənib.

Qeyd edək ki, portalda 231 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 255 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb.

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.

Məqalədə : Elektron dərslik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
140

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
179

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
50

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
74

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
35

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
32

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 20:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru