Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2021
15:23
Elektrik, su və qaz sayğaclarında problemlərin aradan qaldırılmasına dair qanunlar dəyişdirilir

Elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı aşkar edilmiş qanunsuz istifadə hallarının rəsmiləşdirilməsində yaranan problemlərin aradan qaldırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilib.

APA-nın məlumatına görə, bununla bağlı layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı sualları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik edilib.

Dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

1) enerji, su və qaz təchizat müəssisələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının araşdırılması ilə bağlı yoxlamaların keçirilməsinə hüquqi əsasın yaradılması (sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığı dövrdə). Bu məqsədlə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq dəyişiklik (yoxlamaların dayandırılmasından istisna) təklif olunur;

2) sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı yoxlamaların (sayğacların göstəricilərinin oxunması) keçirilməsinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin şamil edilməsi (3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci maddələr istisna olmaqla).

3) sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı əgər sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma halları müəyyən edilərsə müvafiq yoxlama tədbirlərinin də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən həyata keçirilməsi, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınması.

Yoxlamalara adıçəkilən qanunun tətbiqi sahibkarların maraqlarının daha effektiv qorunmasına, yoxlayıcı ilə sahibkarlıq subyekti arasında yarana biləcək neqativ halların aradan qaldırılmasına xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə : qaz sayğacları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO

12

Aprel
15:23
BÖLMƏNİ DÜZ SEÇ!
215

Lukaşenko Azərbaycana gəlir

12

Aprel
14:42
SİYASƏT
160

Sabah hava necə olacaq?

12

Aprel
13:41
ÖLKƏ
115

Ramazan ayının təqvimi açıqlanıb

12

Aprel
12:46
MƏNƏVİYYAT
185
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-04-2021 16:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru