Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2020
15:51
Ekspres xətlər bağlanır: Avtobuslar isə yenidən sərnişinlərin xidmətində olacaq

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspres marşrut üzrə sərnişindaşımaları 16.06.2020-ci il tarixindən dayandırılır.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, metro stansiyaların fəaliyyətinin bərpa edilməsi səbəbindən ekspres marşrutlara olan sərnişin təlabatı kəskin şəkildə azalıb. Aparılan statistik təhlillər nəticəsində məlum olmuşdur ki, 7 sayda ekspres marşrut üzrə boş yürüşlərin sayı artıb, rentabellik azalıb. Bu da avtobusların səmərəsiz fəaliyət göstərməsinə zəmin yaradır.

Belə ki, ekspres xətlər üzrə 09 may tarixindən öncə orta hesabla gündəlik 45-46 min sərnişin daşınması həyata keçirilirdisə, metro stansiyaların fəaliyyətə başlamasından sonra daşıma tədricən azalaraq 94 %-ə dək enmiş və hal hazırda həmin xətlər üzrə 2-3 min ətrafında sərnişin səfər sayı həyata keçirilməkdədir. Qeyd olunan sayda sərnişinin metrodan istifadəsi hər hansı bir çətinlik yaratmayacaq.

Həmçinin, bildiririk ki, ekspres xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspres xət 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspres xətlər üzrə ümumilikdə 1 milyon 500 minə yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.

Məqalədə : avtobus Ekspres xətlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7446

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6269

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7846

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7779

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11177

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7517
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 08:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru