Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2020
14:58
Eşitmə məhdudiyyətli gənclər karateyə cəlb olunacaq

"Karlara Dəstək" İctimai Birliyi və "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Milli Karate Federasiyası eşitmə məhdudiyyəti olan yeniyetmə və gənclərin karate olimpiya idman növü ilə məşqul olmağa cəlb edilməsinə aid əməkdaşlıq məqsədi ilə Üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Milli Karate Federasiyasından verilən məlumata görə, Memorandum Federasiyanın prezidenti Yaşar Bəşirov, "Karlara Dəstək" İctimai Birliyinin sədri Kamran Abasov və "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Mövlud tərəfindən imzalanıb.

İmzalanma mərasimində kütləvi informasiya vasitələrinə açıqlama verən tərəfdaşlar, Azərbaycanda əlillərin rahat şəkildə idmanla məşğul olmaları üçün yüksək standartlara cavab verən infrastruktur, o cümlədən paytaxtda və regionlarda inşa edilən Olimpiya İdman Kompeksləri, idman qurğuları, idman təşkilatlarının apardığı işlərin ölkədə əlillərə böyük dəstək verdiyindən danışıblar.

Çıxışlarda gənclər və idman sahələrində aparılan islahatlar, əldə olunan nailiyyətlər, eləcə də, uğurla təşkil edilən beynəlxalq idman tədbirləri haqqında məlumat verilib, bu sahələrə dövlət səviyyəsində göstərilən dəstək xüsusi vurğulanıb. Çıxışlarda həmçinin idmanın əlil insanların cəmiyyətə inteqrasiyasında körpü rolunu oynayan bir vasitə olması qeyd olunub.

Tədbirin sonunda bir qrup eşitmə məhdudiyyətli gənc karateçiyə 7-ci Kyu sarı kəmər və sertifikatlar təqdim olunub. Tədbirdə memorandum tərəfdaşlarının rəsmiləri, eşitmə məhdudiyyətli gənc karateçilər və media nümayəndələri iştirak edib.(trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
335

Livanlı terrorçuya hökm oxundu

14

İyun
11:22
HÜQUQ,HADİSƏ
357

Neft yenidən bahalaşıb

14

İyun
09:32
İQTİSADİYYAT
381

AMB-nin valyuta məzənnələri

14

İyun
09:20
İQTİSADİYYAT
431

Bu gün məktəblərdə "Son zəng" keçiriləcək

14

İyun
09:11
ELM / TƏHSİL
569
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 12:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru