Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2021
18:13
DYP yollarda aqressivlik edən sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi yollarda aqressivlik nümayiş etdirən, zorakılığa əl atan sürücülərə xəbərdarlıq edib.

DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, iyunun 24-ü axşam saatlarında Nərimanov rayonu ərazisində yol hərəkəti zəminində sürücülər arasında mübahisə baş verib və həmin mübahisə bir sürücünün qətli ilə nəticələnib.

O, yollarda diqqətli olmağı, qaydaları pozmamağı və hərəkət iştirakçılarına qarşı nəzakətli olmağı tövsiyə edib: “Son zamanlar yollarda aqressiya göstərərək sürücülük mədəniyyətindən, həmçinin insanlıq mövqeyindən kənarlaşaraq səbirsizlik nümayiş etdirən sürücülərlə tez-tez rastlaşırıq. Hətta bu cür sürücülərin hərəkətləri sosial şəbəkələrdə də yayılır. Dövlət Yol Polisi İdarəsi olaraq həmin sürücüləri idarəyə dəvət edərək onlarla profilaktik söhbətlər aparırıq və etdikləri hərəkətin təhlükəli olduğunu izah edirik.

Qeyd edim ki, ötən gün yol verməmək üstündə baş vermiş qətl hadisəsi hamımızı təəssüfləndirdi. Buna görə də bir daha sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, yollarda hərəkət edərkən qanunlara birmənalı olaraq əməl etsinlər, anlaşılmazlıq baş verən zaman isə aqressiv hərəkətlərə yol verməsinlər. Əgər yolda kiminsə etdiyi hərəkət onu psixoloji durumdan çıxarırsa, yaxşı olardı ki, bu halların baş verməməsi üçün psixoloqlara müraciət edərək öz sağlamlıqları ilə məşğul olsunlar. Qayda pozan sürücülərlə bağlı isə yol polisinə şikayət etsinlər ki, məsələni biz araşdıraq və qanun çərçivəsində tədbirlər görək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xocalıda silah-sursat aşkarlanıb

29

İyul
14:32
HƏRB
325

Bayden Obamanı Trampla səhv saldı

29

İyul
14:19
DÜNYA
340

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
310

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
287

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
505

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
351

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
416
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-07-2021 03:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru