Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2019
10:51
1477
DYP havanı zəhərləyənlərin sayını açıqladı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində "Atmosfer havasının mühafizəsi haqqında"qanunvericiliyin tələblərinin təmin edilməsi, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitəsinin istismara buraxılmasının qadağan edilməsi ilə bağlı "Təmiz hava" aylığını davam etdirib.

Bakı şəhər Dövlət Yol Polisi (BŞDYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, avqustun 1-dən 15-dək paytaxtın küçə və prospektlərində və 9 müəssisədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində 9 avtonəqliyyat müəssisəsi və avtomibil sexlərində yoxlama aparılıb, 101 avtomobil yoxlanılıb. Həmin avomobillərdən 4-də mühərrikin işlənmiş qazlarından zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanıb. Yoxlama zamanı həmin avtomobillərdə karbon oksidin miqdarı norma həddinə endirilib və onların istismarına icazə verilib.

V.Əsədov bildirib ki, 15 gün ərzində yol patrul xidməti əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı 280 nəqliyyat vasitəsi yoxlanılıb, onlardan 43 avtomobilin mühərriklərinin işlənmiş qazlardan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib. Həmin avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edilib. Həmçinin, yoxlamaların gedişi zamanı aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib.

Məqalədə : ekologiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
18

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1639

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
236

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1128

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
302
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 11:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru